Gürzə Sabirabad sakininin heyvanlarını vuraraq öldürüb

Gürzə Sabirabad sakininin heyvanlarını vuraraq öldürüb
# 28 iyun 2010 06:57 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Gürzə Sabirabad sakininin heyvanlarını çalıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini Balamirzə Muradov məlumat verib. Onun bildirdiyinə görə, daşqınlardan qorunmaq üçün heyvanlarını Şirvan İES-in yaxınlığında yerləşən Kirovdağ ərazisində otararkən 3 qoyununu gürzə ilanı vuraraq öldürüb.

Kənd sakini bildirir ki, o, artıq bir neçə bu cür gürzələri öldürsə də, sonuncu ilanı öldürməzdən əvvəl 3 heyvanını çalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR