Oğuz rayonunda taxıl sahəsi yanıb

Oğuz rayonunda taxıl sahəsi yanıb
# 30 iyun 2010 08:52 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov - APA. Azərbaycanın Oğuz rayonunda biçilməmiş taxıl sahəsi yanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Yanğından Mühafizə Xidmətindən (YMX) məlumat verilib. Məlumata görə, yanğın hadisəsi rayonun Xaçmaz kəndində “Daşüz” adlanan ərazidə qeydə alınıb. Yanğın ümumilikdə 9 min hektara yaxın ərazini əhatə edib. Hadisə yerinə dərhal FHN-nin Oğuz YMX-nin yanğınsöndürən maşınları və xeyli canlı qüvvəsi cəlb edilib.
Yanğının geniş miqyas almasının qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri və dəymiş ziyanın miqdarı araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR