ATƏT-in Bakı Ofisinin rəhbəri Mingəçevirdə olub

ATƏT-in Bakı Ofisinin rəhbəri Mingəçevirdə olub
# 30 iyun 2010 16:23 (UTC +04:00)
Mingəçevir-Şahnəzər Bəşirov - APA. Azərbaycan polisinin peşə bayramı münasibətilə iyunun 30-da Mingəçevirdə tədbir keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, şəhər stadionunda təşkil olunan tədbirdə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Oqtay Kərimov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkədə polisin fəaliyyətinin demokratik standartlara daha da uyğunlaşdırılması istiqamətində görülən işlərdən, dövlətin hüquq-mühafizə orqanlarının işçilərinə diqqət və qayğısından söz açıblar.

Tədbirdə ATƏT-in dəstəyi ilə Mingəçevirdə 4 ildir ki, həyata keçirilən “Cəmiyyət dəstəkli polis” layihəsinin müsbət nəticələrindən də danışılıb.

Tədbirdə işində fərqlənən bir qrup polis əməkdaşı fəxri fərmanla təltif edilib. Polis əməkdaşları arasında keçirilən kross və mini futbol turnirinin qaliblərinə də mükafatlar verilib.

Bayram tədbiri yerli incəsənət ustalarının konsert proqramı ilə yekunlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR