Dörd mənzildən oğurluq edən Şamaxı sakini tutulub

Dörd mənzildən oğurluq edən Şamaxı sakini tutulub
# 02 avqust 2010 15:35 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov - APA. Mənzillərdən oğurluq edə Şamaxı sakini həbs edilib. Rayon Polis Şöbəsinin müstəntiqi Məlik Məlikov APA-nın yerli bürosuna bildirib ki, naməlum şəxs iyulun 20-dən 30-dək Şamaxı şəhərində 4 mənzilə daxil olaraq ümumi dəyəri təxminən 1500 manat olan qızıl-zinyət və geyim əşyaları, televizor və kompyuter, büllur qablar və pensiya kartları oğurlayıb. Avqustun 1-də isə təqaüdçü Quliyeva Nailə Soltanəhəd qızı "Beynəlxalq Bank"ın bankomatından pensiya pullarının çıxarılması barədə Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilib və bankomatın kamerası vasitəsilə qeydə alınan kadrlara baxış keçirilərkən müəyyən edilib ki, pulu kartdan təqaüdçü N. Quliyeva deyil, hazırda Qaradağ rayonundakı xüsusi komendaturada məcburi əməyə cəlb olunan Şamaxı rayon sakini 1982-ci il təvəllüdlü Abdullayev Elşad Hidayət oğlu çıxarıb. E. Abdullayev bir həftə ərzində digər 3 evdən də oğurluq etdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin dörd ayrı-ayrı maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR