İsmayıllı sakini həmkəndlisini döyərək öldürüb

İsmayıllı sakini həmkəndlisini döyərək öldürüb
# 03 avqust 2010 08:41 (UTC +04:00)
Bu barədə APA-ya İsmayıllı rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Hadisə avqustun 2-dən 3-ə keçən gecə rayonun Şumağallı kəndində qeydə alınıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Eldar Qaytaqov həmkəndlisi tərəfindən döyülüb. Baş nahiyəsindən ağır xəsarət alan E. Qaytaqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti meşə massivində hadisə baş verəndən bir neçə saat sonra yaxınları tərəfindən aşkarlanıb. Meyitə ilkin baxış keçirən ekspertlər onun işgəncə ilə öldürüldüyünü müəyyən ediblər.

Baş vermiş hadisə ilə bağlı İsmayıllı RPŞ və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbir nəticəsində hadisəni törədən, 1972-ci il təvəllüdlü Hikmət Mirzəyev saxlanılıb. H. Mirzəyev şəxsi münaqişə zəminində daş parçası ilə E. Qaytaqovu başından vuraraq öldürdüyünü etiraf edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR