Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib
# 03 avqust 2010 15:27 (UTC +04:00)
Hadisə bu gün rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb. Şəki rayon sakini, 31 yaşlı Xəqani Cabbarov öz həmyerlisi, 25 yaşlı Arif Məmmədov tərəfindən qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, hadisə namus üstündə baş verib. Belə ki, qətlə yetirilən X. Cabbarov bir müddət əvvəl Şəkidə ailəli və iki uşaq anası olan bir qadını qaçıraraq Bakı şəhərinə gəlib. Onlar Qaraçuxur qəsəbəsində kirayə ev tutaraq yaşayıblar. Adı açıqlanmayan qadının qardaşı A. Məmmədov bacısının X. Cabbarova qoşularaq Bakı şəhərinə gəldiyini xəbər tutan kimi, onları öldürmək məqsədi ilə paytaxtda gəlib. Bacısının yaşadığı ünvanı tapan A. Məmmədov evə daxil olaraq X. Cabbarova çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb. Qadın isə övladlarını da götürərək evdən qaçıb. Buna görə A. Məmmədov planını tam başa çatdıra bilməyib. Polis tərəfindən saxlanılan A. Məmmədov törətdiyi cinayət əməlini etiraf edib, bacısını öldürmək niyyətində olduğunu gizlətməyib.

Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR