Azərbaycan-İran sərhədində güclü yanğın olub

Azərbaycan-İran sərhədində güclü yanğın olub
# 04 avqust 2010 10:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan-İran sərhədində güclü yanğın olub. APA-nın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə Cəlilabad rayonu, Dələli kəndində (rayon mərkəzindən 45km aralı) sərhəd zolağı ərazisində qeydə alınıb və 100 hektar ərazini əhatə edib. Quru otlaq sahədə baş verən yanğın ötən gecə saat 23.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR