Qobustan dağlarında yanğın olub

Qobustan dağlarında yanğın olub
# 04 avqust 2010 10:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Qobustan dağlarında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istindən yaydığı məlumata görə, hadisə avqustun 3-də Qobustan rayonu, Cəncəmli kəndində (rayon mərkəzindən 24 km aralı) dağlıq ərazidə qeydə alınıb. Yanğın nəticəsində 40hektar sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın axşam saat 19.55-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR