Bu ilin birinci yarısında Azərbaycanda qeydiyyatsız yaşayan 1440 əcnəbi ölkədən deportasiya edilib

Bu ilin birinci yarısında Azərbaycanda qeydiyyatsız yaşayan 1440 əcnəbi ölkədən deportasiya edilib
# 05 avqust 2010 08:35 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Əli Mərdanov bildirib.

Onun sözlərinə görə, Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ilin birinci yarısında 1517 nəfər əcnəbinin Azərbaycan ərazisində qeydiyyatsız yaşadığı müəyyən edilib. Həmin əcnəbilərdən 1440 nəfərinin ölkədən deportasiya edildiyini vurğulayan idarə rəisi daha 25 əcnəbinin isə cərimə olunduğunu qeyd edib. Ə. Mərdanov, həmçinin deportasiya edilən əcnəbilərin milliyyətini də açıqlayıb. Belə ki, onlardan 598-i Pakistan, 497 nəfəri Çin, 235 nəfəri Türkiyə, 53 nəfəri Türkmənistan, 30 nəfəri İran, 24 nəfəri Gürcüstan, 15 nəfəri isə Rusiya vətəndaşı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR