Azərbaycanda qanunsuz yaşayan Pakistan vətəndaşları saxlanılıb

Azərbaycanda qanunsuz yaşayan Pakistan vətəndaşları saxlanılıb
# 05 avqust 2010 10:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda iki Pakistan vətəndaşı saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən xəbərinə görə, onlar Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən müvafiq qeydiyyatları və icazələri olmadan Azərbaycan ərazisində qanunsuz yaşadıqları üçün tutulublar. İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə uyğun olaraq onların respublikanın hüdudlarından kənara çıxarılması məsələsi həll olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR