Qaxda qanunsuz dini ədəbiyyat aşkarlanıb

Qaxda qanunsuz dini ədəbiyyat aşkarlanıb
# 07 avqust 2010 10:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qax rayonunda qeyri-ənənəvi dini təriqətlərin təbliğ olunduğu ədəbiyyat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhərində yaşayan Hacıməhəmməd Hacıyevin qanunla qadağan edilmiş qeyri-ənənəvi dini təriqətlərin təbliğatını apardığı müəyyənləşdirilib. Həmin şəxsin evinə baxış zamanı 24 ədəd dini kitab, 19 broşura, 21 disk və 5 ədəd kaset aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR