Ombudsman 2 saylı İstintaq Təcridxanasına baxış keçirib

Ombudsman 2 saylı İstintaq Təcridxanasına baxış keçirib
# 09 avqust 2010 07:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Gəncəyə səfəri çərçivəsində təsisatın əməkdaşları ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bu şəhərdə yerləşən 2 saylı İstintaq Təcridxanasına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə uyğun olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub.
Ombudsman burada saxlanılan bir sıra şəxslərlə, o cümlədən qadın və uşaqlarla söhbət aparıb, onlara hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah edib. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyib, eyni zamanda barələrində çıxarılan məhkəmə qərarlarından və istintaqın qeyri-obyektiv aparılmasından narazılıqlarını bildiriblər.
Müvəkkil həmçinin korpuslara, kameralara, cərimə təcridxanasına, mətbəxə, görüş yerinə, müasir avadanlıqla təchiz edilmiş tibb hissəsinə və digər obyektlərə baxış keçirib.
Qeyd olunub ki, bu istintaq təcridxanası üçün müvafiq standartlara uyğun yeni bina tikilməsi məqsədilə işlər davam etdirilir.
Ombudsman penitensiar müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR