Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib
# 09 avqust 2010 11:01 (UTC +04:00)
Bakı-APA. Quba şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet saytına istinadən xəbərinə görə, avqustun 9-da saat 01.20 radələrində Quba şəhərinin ərazisində, şəhər sakini Əli Abdulhüseynov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanan həmyerlisi Vahid Hacıyevə məxsus "KamAZ" markalı avtomaşına vurub. Nəticədə Ə.Abdulhüseynov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR