Masallıda qəbiristanlıqda quyudan körpə qız tapılıb

Masallıda qəbiristanlıqda quyudan körpə qız tapılıb
# 09 avqust 2010 12:02 (UTC +04:00)
Onun sözlərinə görə, bu gün saat 10.20 radələrində stansiyaya rayonun Şərəfə kəndi ərazisində yerləşən qəbiristanlığa yeni doğulmuş körpənin atılması barədə telefon zəngi daxil olub. Təcili yardım maşını sözügedən ünvana göndərilib. Həkimlər qəbiristanlığın ərazisində iki metrlik quyunun içərisində 1-2 günlük körpə qız uşağı tapıblar.

Ağır vəziyyətdə olan uşaq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində körpənin vəziyyəti sabitləşib. Hazırda normal qida qəbul edən uşağın valideynlərinin tapılması istiqamətində Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR