Azərbaycan paytaxtında yaşayış binasında uçqun olub

Azərbaycan paytaxtında yaşayış binasında uçqun olub
# 09 avqust 2010 14:51 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə bu gün Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, köhnə ikimərtəbəli yaşayış binasının dam örtüyü, təxminən, 4-5 kv/m sahədə uçub. Dağıntılar altında qalan və ya köməyə ehtiyacı olan yoxdur. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR