Şəkidə taxıl sahəsi yanıb

Şəkidə taxıl sahəsi yanıb
# 10 avqust 2010 07:03 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Azərbaycanın Şəki rayonunda yanğın olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Yanğın rayonun Turan kəndində biçilmiş taxıl sahəsində baş verib. Hadisə yerinə Şəki YMH-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində 3 hektar biçilmiş taxıl sahəsi yanıb. Şəki YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Zaqatalada da yanğın hadisələri qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Yanğın rayonun Əliabad kəndində Əhmədov Murad İsrafil oğlunun və Həsənov Həsən Həsrət oğlunun yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövlədə baş verib. Yanğın baş verən ərazilərə Zaqatala YMH-nin yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub. Baş vermiş yanğın nəticəsində Murad Əhmədova məxsus 40 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və tövlənin çardağında olan 2 ton quru ot kütləsi, Həsən Həsənova məxsus isə 84 kvadratmetr olan mal tövləsinin yanar konstruksiyaları və tövlənin çardağında olan 5 ton quru ot kütləsi yanıb. Zaqatala YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək həyətdəki digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR