Bakıda 27 nəfər dənizdə batıb

Bakıda 27 nəfər dənizdə batıb
# 10 avqust 2010 13:06 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, yay mövsümü başlayandan indiyədək Bakı şəhərində 138 nəfər günvurma ilə əlaqədar təcilli tibbi yardıma müraciət edib və onlardan 43-ü xəstəxanalara yerləşdirilib. Paytaxt çimərliklərində 54 suda boğulma faktının qeydə alındığını vurğulayan R. Nağıyev nəticədə 11 nəfərin xəstəxanaya yerləşdirildiyini, 27 nəfərin isə dünyasını dəyişdiyini söyləyib. R. Nağıyev onu da əlavə edib ki, yay mövsümündə 22 nəfəri ilan çalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR