Qobustan həbsxanasına narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Qobustan həbsxanasına narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 10 avqust 2010 14:56 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Qobustan qəsəbəsində yerləşən həbsxananın əməliyyat aparatları tərəfindən əldə olunan məlumat əsasında həmin müəssisədə cəza çəkən 1955-ci il təvəllüdlü, Xalıq Bayram oğlu Məmmədovun yanına sovqat gətirən, özünü məhkumun yaxın qohumu kimi təqdim edən, 1983-cü il təvəllüdlü, Bərdə şəhər sakini Anar Möhübbət oğlu Cəfərovun gətirdiyi ərzaq məhsullarına baxış keçirən zaman, karamel konfetinin içərisində 11 ədəd şəffaf sellofana bükülmüş, xalis çəkisi 4,881 qram olan heroin tapılaraq götürülüb.

Qeyd edək ki, X. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan istifadə etməklə törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR