Narkotik alverçisinə və alıcısına hökm oxunub

Narkotik alverçisinə və alıcısına hökm oxunub
# 12 avqust 2010 15:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 63 yaşlı qadın narkotik alverçisinə və alıcısına hökm oxunub. APA-nın məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxslər Qəmər Cəfərova və Kamal Ağayevin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə Q. Cəfərova 8 il, K. Ağayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 63 yaşlı Qəmər Cəfərovanı Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri satarkən tutulub. Belə ki, Q. Cəfərova Sumqayıt şəhər sakini Kamal Ağayevə 3 qrama yaxın narkotik vasitə hesab olunan heroini satarkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Q. Cəfərovanın üzərindən isə iki büküm, hər biri 10 qram olan ümumilikdə 20 qrama yaxın narkotik vasitə aşkar olunub. Bundan sonra saxlanılan şəxsin Saray qəsəbəsindəki mənzilinə baxış keçirilib. Mənzilə baxış zamanı isə təxminən 5 qrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Q. Cəfərovanın qızı, 42 yaşlı Səadət Cəfərova bir neçə ay əvvəl narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR