Sabirabad sakini bacısının həyat yoldaşını odlu silahla qətlə yetirib

Sabirabad sakini bacısının həyat yoldaşını odlu silahla qətlə yetirib
# 13 avqust 2010 07:57 (UTC +04:00)
Avqustun 12-də saat 19.30 radələrində Sabirabad rayonunun Qalaqayın kənd sakini, 1966-cı il təvəllüdlü Əliyev Möhübbət Zülfəli oğlu yeznəsi - 1986-cı il təvəllüdlü Bədəlov Elşad Ramazan oğlunu “Makarov” tipli tapança ilə qətlə yetirib. Qətlə E. Bədəlovun qətli törədənin bacısını boşaması səbəb olub. M. Əliyev həbs edilib. Onun barəsində Sabirabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR