Azərbaycanda istirahət mərkəzində iki fəhləni elektrik cərəyanı vurub

Azərbaycanda istirahət mərkəzində iki fəhləni elektrik cərəyanı vurub
# 13 avqust 2010 07:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda istirahət mərkəzində bədbəxt hadisə baş verib. Bu barədə APA-ya Səbayel rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə Bakı-Salyan yolunda yerləşən “Aysberq” istirahət mərkəzində qeydə alınıb. Orada fəhlə işləyənlər 48 yaşlı Faiq Əliyev və 47 yaşlı İlham Nəcəfovu elektrik cərəyanı vurub. Nəticədə F. Əliyev hadisə yerindəcə dünyasını dəyişib. İ. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR