Elçin Behbudov Şamaxı və Ağsu rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib

Elçin Behbudov Şamaxı və Ağsu rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib
# 13 avqust 2010 10:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Şamaxı və Ağsu rayonları polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib. Komitə sədrinin APA-ya verdiyi məlumata görə, monitorinq zamanı qanun pozuntusu aşkarlanmayıb: “Şamaxı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri sökülüb. Hal-hazırda yenisi tikilir. Ona görə də orada saxlanılan yox idi. Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində isə 4 nəfər saxlanılırdı. Heç bir şikayətləri olmadı”. Hüquq müdafiəçisi monitorinqin Qobustan və Göyçay rayonlarında da keçiriləcəyini və nəticələrlə bağlı daxili işlər naziri Ramil Usubova arayışla məlumat verəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR