İnquşetiyada motoatıcı alay atəşə tutulub

İnquşetiyada motoatıcı alay atəşə tutulub
# 13 avqust 2010 21:07 (UTC +04:00)
Bakı-APA. İnquşetiyanın Sunjen rayonu ərazisində yerləşən motoatıcı alay naməlum şəxslər tərəfindən atəşə tutulub.

Hərbi hissə ilə üzbəüz yerləşən yaşayış massivindən alayın iqamətgahına qumbaraatanlardan atəş açıldıqdan sonra hissə 3-5 dəqiqə ərzində avtomat atəşinə tutulub.

Cavab atəşi zamanı dinc sakinlərin xəsarət alacağından ehtiyatlanan hərbçilər atəşə cavab verməyiblər.

Atışma nəticəsində xəsarət alan olmayıb.

Hazırda cinayətkarların aşkar edilməsi və ələ keçirilməsi üzrə tədbirlər keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR