18 yaşlı Gədəbəy sakini özünü asıb

18 yaşlı Gədəbəy sakini özünü asıb
# 14 avqust 2010 10:42 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Gədəbəy rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Tağıyev Elmir Eyvaz oğlu özünü yaşadığı evin həyətində ağacdan iplə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR