Bakıda avtomobil təmiri sexində yanğın baş verib, xəsarət alan var

Bakıda avtomobil təmiri sexində yanğın baş verib, xəsarət alan var
# 16 avqust 2010 09:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobil təmiri emalatxanasında yanğın baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Yasamal rayonunda Mirzə Şərif Yəhyayevə məxsus sexdə qeydə alınıb. Nəticədə emalatxanada təmirə dayanan, Nuranə Quliyevaya məxsus “Opel” markalı avtomobil tam yanıb. Emalatxananın işçisi Fərrux Axundov isə yanıq xəsarəti alıb və o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR