Mel Gibson qəzaya uğrayıb

Mel Gibson qəzaya uğrayıb
# 16 avqust 2010 23:26 (UTC +04:00)
Bakı-APA. Məşhur amerikalı aktyor və rejissor Mel Gibson avtomobil qəzasına uğrayıb.

Yol-patrul xidmətinin məlumatına əsasən, hadisə bazar günü Malibu şəhərində baş verib. Gibson avtomobili idarə edə bilməyib və onun «Maserati» maşını dağın ətəyinə çırpılıb.

Aktyorun mətbuat katibi Alan Nirob hadisə nəticəsində Gibsonun xəsarət almadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR