Nazim İbrahimov: “Almaniyanın ZDF telekanalı “Borussiya”-“Qarabağ” oyununun yayımı zamanı Azərbaycana qarşı təxribata yol verib” - YENİLƏNİB

Nazim İbrahimov: “Almaniyanın ZDF telekanalı “Borussiya”-“Qarabağ” oyununun yayımı zamanı Azərbaycana qarşı təxribata yol verib” - <font color=red>YENİLƏNİB</font>
# 20 avqust 2010 09:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun sözlərinə görə, həmin oyun telekanal tərəfindən “Borussiya” - “Ağdam” oyunu kimi təqdim edilib.

N. İbrahimov “Qarabağ” klubunun adının verilməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün təbliğat xarakteri daşıyacağını deyərək, Almaniya kanalı tərəfindən bunun qarşısının alındığını bildirib: “Onlar “Qarabağ” futbol klubunu “Ağdam” klubu kimi təqdim etdilər. Bunu mən özüm gördüm, titrlərdə “Qarabağ” əvəzinə “Ağdam” yazılırdı. Ola bilsin ki, bu, texniki problem kimi görünə bilər. Ancaq hesab edirəm ki, bu, böyük bir təxribatdır və təsadüf olmaya bilər. Futbol isə indi o qədər kütləviləşib ki, bu oyuna bütün dünya baxır. Bütün dünyanın Dağlıq Qarabağın Azərbaycana aid olmasını “Qarabağ” futbol klubunun adı ilə hiss etməsi ölkəmiz üçün böyük təbliğatdır. Amma görünür kimlərsə – bizi sevməyən qüvvələr bundan narahat olur. Biz belə faktlardan məyus olmamalıyıq, qarşımızda düşmənimiz, bizi sevməyən qüvvələr var. Belə məsələlərə qarşı mübarizədə hamımız aktiv olmalıyıq”.

N. İbrahimov məsələni araşdıracaqlarını, lazım gələrsə, müvafiq qurumlara müraciət edəcəklərini bildirib: “Bizim qurum yaranandan bu cür təxribatlarla demək olar ki, hər gün rastlaşırıq və hər dəfə onların qarşısının alınması istiqamətində işlər görülür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR