Saatlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb

Saatlıda baş verən  avtomobil  qəzasında bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb
# 21 avqust 2010 23:09 (UTC +04:00)
Saatlı. Əlibəy Zeynallı – APA. Saatlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı rayon polis şöbəsindən məlumat daxil olub.
Məlumata görə avqustun 22-də axşam radələrində Məmmədov Babək Şamil oğlunun idarə etdiyi “Kamaz” markalı 30 BB 502 dövlət nömrə nişanlı yük avtomobili ilə Saatlı sakini, 1980-ci il təvəllüdlü Əsədov Sadiq Qeysər oğlunun idarə etdiyi “BMW” markalı 90 FF 839 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb, 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bunlar Saatlı rayon sakinləri 1976-cı il təvəllüdlü Ağayev Zaur Rafiq oğlu, 1981-ci il təvəllüdlü İbadova Fəxriyyə Fərhad qızı və Cəlilabad rayon sakini Səfərova Məlahət Niyaz qızıdır.
Faktla bağlı Saatlı rayon araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR