Ağdaşda 58 yaşlı kişini yük qatarı vurub

Ağdaşda 58 yaşlı kişini yük qatarı vurub
# 23 avqust 2010 09:20 (UTC +04:00)
Ağdaş-Şahnəzər Bəşirov-APA. Ağdaş rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Rayon prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə avqustun 21-də səhər saat 7:40 radələrində Bakı-Qazax dəmir yolu xəttinin 272-ci kilometrliyində, Ağdaşın Güvəkənd kəndində qeydə alınıb. Bakıdan Gəncəyə hərəkət edən yük qatarı Güvəkənd sakini, 1952-ci il təvəllüdlü Bəxtiyarov Fəxrəddin Eldar oğlunu vurub. Məlumata görə, hadisə yerində dünyasını dəyişən Fəxrəddin Bəxtiyarov mal-qaranı dəmir yolu xəttinin üzərindən keçirərkən ehtiyatsızlıq edib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu trəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR