Gəncədə həyat yoldaşını və azyaşlı övladını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib

Gəncədə həyat yoldaşını və azyaşlı övladını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
# 23 avqust 2010 10:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həyat yoldaşını və azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Gəncə şəhər sakini Akif Sədrinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Akif Sədri ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror A. Sədrinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Gəncə sakini A. Sədri 2009-cu ilin sentyabrında yaşadığı mənzildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Məmmədova İlhamə Əziz qızını və oğlu 2008-ci il təvəllüdlü Əli Sədrini qətlə yetirib. İlkin dindirmələr zamanı o, həyat yoldaşını əxlaqsızlıqla məşğul olduğuna görə öldürdüyünü deyib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cu (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR