Hüquq müdafiəçisi DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib

Hüquq müdafiəçisi DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib
# 23 avqust 2010 15:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya komitə sədri məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, monitorinq “23 Avqust beynəlxalq insan alveri ilə mübarizə günü” ilə əlaqədar olaraq keçirilib. E. Behbudov deyib ki, oradakı vəziyyət onu qane edib: “Orada saxlanılan yox idi. Mən əsasən oradakı şəraitlə maraqlandım. Hər şey normal idi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR