Sankt-Peterburqda qohumunun qətlini sifariş edən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb

Sankt-Peterburqda qohumunun qətlini sifariş edən Azərbaycan vətəndaşının məhkəməsi başlayıb
# 26 avqust 2010 11:17 (UTC +04:00)
APA-nın məlumatına görə, Zakir Mustafayev uzun illər düşmənçilik etdiyi qohumunu öldürmək üçün muzdlu qatil tutmaqda ittiham olunur. İttiham aktına əsasən, Zakir Mustafayev qohumunun skinxedlər tərəfindən öldürülməsi barədə fikir formalaşdırmaq istəyib. Muzdlu qatilə 2 min dollar verən Mustafayev ondan qohumunu beysbol ağacı ilə ölüncə döyməyi, meyitinin yanına isə səkkizlik xaç və səkkiz qaratoxmaq kartları atmağı tapşırıb. Nasist salamı anlamı daşıyan bu simvollar qətli skinxedlərin törətdiyi barədə rəy formalaşdırmalı idi. Lakin qatil milisə müraciət edib və Zakir Mustafayev həbs olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR