Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 27 avqust 2010 13:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış binasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə bu gün saat 12.30 radələrində Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində meydana gəlib. Vətəndaşa məxsus, ümumi sahəsi 48 kv/m olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 20 kv/m sahədə yanıb. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR