Türkiyədə torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

Türkiyədə torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub
# 28 avqust 2010 02:43 (UTC +04:00)
Bakı-APA. Türkiyə rəsmiləri ölkənin şimal-şərq hissəsində torpaq sürüşməsinin on iki nəfərin ölümünə səbəb olduğunu bildirib. Bu barədə APA voanews.com-a istinadən xəbər verir. Türkiyənin Anadolu xəbər agentliyi məlumat verir ki, leysan nəticəsində torpaq sürüşməsi Rizə vilayətinin Gündoğdu şəhərində baş verib. Anadolu Türkiyə rəsmilərinə istinadən azı altı nəfərin xəsarət aldığı və iki nəfərin hələ də itkin düşdüyünü bildirib. Qara Dəniz sahil regionunda torpaq sürüşməsi meşələrin məhvinə səbəb olub. Bəyanatda deyilir ki, baş nazir Rəcəb Ərdoğan regiona səfər etməyi planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR