Bu gün Gürcüstanda 211 məhbus azadlığa buraxılacaq

Bu gün Gürcüstanda 211 məhbus azadlığa buraxılacaq
# 28 avqust 2010 12:34 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidentinin imzaladığı əfv fərmanına uyğun olaraq bu gün 211 məhbus azadlığa buraxılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Cəzaçəkmə, azad etmə və hüquqi kömək naziri Xatuna Kalmaxeleidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Gürcüstan prezidenti 240 məhbusu əfv edib. Azad olunan məhbusların içərisində 3 nəfər həddi-buluğa çatmayan uşaq və 10 nəfər qadın var.
Prezident Miaxil Saakaşvilinin fərmanda 27 məhkumun cəzaçəkmə müddəti yarıya endirilib. İki nəfərin isə cəzaçəkmə müddəti aşağı salınıb.
Prezident yanında Əfv Komissiyasının sədri Yelena Tevdoradze APA-ya bildirib ki, azad olunanların içərisində azərbaycanlılar da var. Onların sayı açıqlanmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR