Polisə Bakı metrosuna bomba qoyulduğu barədə məlumat daxil olub

Polisə Bakı metrosuna bomba qoyulduğu barədə məlumat daxil olub
# 30 avqust 2010 09:36 (UTC +04:00)
Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, avqustun 29-da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs metronun “Nəriman Nərimanov” stansiyasına partlayıcı qurğu yerləşdirildiyini deyib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və metro polisi cəlb edilib. Lakin axtarışlar heç bir nəticə verməyib, məlumatın yalan olduğu təsdiqlənib.

Araşdırmalar nəticəsində anonim zəngin edildiyi ünvan müəyyənləşib. Hazırda polis yalan məlumat verən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR