Bakıda kredit borcunu ödəməkdən yayınan şəxs həbs edilib

Bakıda kredit borcunu ödəməkdən yayınan şəxs həbs edilib
# 31 avqust 2010 08:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda kredit borcunu ödəməkdən boyun qaçıran şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 196-cı (kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsi ilə axtarışda olan Çərkəz Zeynalov avqustun 30-da tutularaq istintaqa təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR