Bakıda bir neçə yaşayış binasında yanğın olub

Bakıda bir neçə yaşayış binasında yanğın olub
# 02 oktyabr 2010 10:48 (UTC +04:00)
Bakı. Fərid Əkbərov – APA. Bakının Nizami rayonunda yerləşən yaşayış evində yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 60kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 45kv.m. sahədə yanıb.

Daha bir yanğın hadisəsi Yasamal rayonunda onbeşmərtəbəli yaşayış binasında baş verib. Binanın 13-cü mərtəbəsinin pilləkən qəfəsində 2 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 15-ci mərtəbəyə qədər kabel üzlüyünün 50p.m. hissəsi yanıb.

Oktyabrın 1-də Yasamal rayonunda daha bir yanğın hadisəsi qeydə alınıb. Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd sayğac yanıb. İlkin ehtimala görə, yanğınların baş verməsinə səbəb qısaqapanma olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR