İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavininin sürücüsünün meyiti tapılıb

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavininin sürücüsünün meyiti tapılıb
# 05 oktyabr 2010 08:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın İsmayıllı rayonunda meyit tapılıb. Bu barədə APA-ya İsmayıllı rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, naməlum kişi meyiti Qaraməryam - Şəki magistral yolunun 32-ci kilometrliyində, meşə zolağında aşkarlanıb. Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Meyitə ilkin baxış keçirən ekspertlər onun başından aldığı güllə yarasından öldüyünü müəyyən edib. Həyata keçirilən araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyənləşib. Onun Vüqar Ağayev olduğu aydınlaşıb.

Mərhumun İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavininin sürücüsü olduğu bildirilib. Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR