Azərbaycan paytaxtında 16 yaşlı qız intihar edib

Azərbaycan paytaxtında 16 yaşlı qız intihar edib
# 05 oktyabr 2010 09:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında 16 yaşlı qız özünü 5-ci mərtəbədən atıb. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun A. Vəliyev küçəsi ev 12, mənzil 12-də qeydə alınıb. Həmin ünvanda yaşayan bibisinin evinə qonaq gələn, Şamaxı rayon sakini, 16 yaşlı Zabikə Muradova eyvandan özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Mərhumun uzun illərdən bəri epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR