Bakıda iki yanacaqdoldurma məntəqəsinə basqın olub

Bakıda iki yanacaqdoldurma məntəqəsinə basqın olub
# 05 oktyabr 2010 13:02 (UTC +04:00)
Məlumata görə, Nizami rayonunda yerləşən yanacaq doldurma məntəqəsinə daxil olan “VAZ-2107” markalı, 10 CL 277 dövlət nömrə nişanlı avtomobildən 3 naməlum şəxs düşərək orada operator işləyən, Şəki rayon sakini Vüsal Xammədzadənin əlindən 280 manat pulu alaraq hadisə yerindən qaçıblar. Araşdırma zamanı məlum olub ki, qeyd edilən dövlət qeydiyyat nişanı “Shevrolet-Covaler” markalı avtomaşına, avtomaşın isə Bakı şəhər sakini, Qəniyev Əlibala Oqtay oğluna məxsusdur.

Bundan başqa həmin şəxslər Moskva prospektindəki yanacaq doldurma məntəqəsinə də basqın ediblər. Həmin ünvandakı yanacaq doldurma məntəqəsinə gələn naməlum şəxslər orada operator işləyən, Natiq Babayevin əlindən 700 manat pulu alaraq qaçıblar.

Hər iki faktla bağlı müvafiq rayon polis idarələri tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR