Aramsız yağışlar nəticəsində Azərbaycanın şimal-qərb bölgəsində çayların səviyyəsi qalxıb

Aramsız yağışlar nəticəsində Azərbaycanın şimal-qərb bölgəsində çayların səviyyəsi qalxıb
# 05 oktyabr 2010 16:08 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Aramsız yağan yağışlar Azərbaycanın şimal-qərb bölgəsində fəsadlar törədib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünəndən başlayaraq yağan aramsız yağışlar bölgənin Balakən, Umbul, Tala, Muxax, Kürmük və Kiş çaylarında suyun səviyyəsinin qalxmasına səbəb olub. Zaqatalada Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində bir neçə elektrik dirəyini sel aparıb. Rayonun əksər ərizələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR