Azərbaycan paytaxtında iki nəfər özünü 16-cı mərtəbədən atıb

Azərbaycan paytaxtında iki nəfər özünü 16-cı mərtəbədən atıb
# 12 oktyabr 2010 07:37 (UTC +04:00)
Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 11-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Gülimran Eyvazoğlu özünü H. Salmani küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının damından atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Həmin gün növbəti intihar hadisəsi Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Rizvan qızı Əlibabayeva Şərifzadə küçəsində yerləşən 16 mərtəbəli binanın damından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

X. Əlibabayevanın 11-ci sinif şagirdi olduğu bildirilir. Onun intihar etməsinin səbəbləri isə hələlik məlum deyil.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR