Ağstafada 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ağstafada 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 12 oktyabr 2010 11:31 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov - APA. Azərbaycanın Ağstafa rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində baş vermiş yol qəzasında Natiq Sadıxovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Saqif Nəsibovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü Saqif Nəsibov və onun sərnişini Eldar Nəsibov hadisə yerində dünyasını dəyişib.
“VAZ-2106” avtomobilin sürücüsü Natiq Sadıqov isə müxtəlif xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR