Azərbaycan paytaxtında orta məktəb direktorunun otağından böyük miqdarda pul oğurlanıb

Azərbaycan paytaxtında orta məktəb direktorunun otağından böyük miqdarda pul oğurlanıb
# 12 oktyabr 2010 14:30 (UTC +04:00)
Hadisə oktyabrın 11-də gecə saat 05.00 radələrində Azadlıq prospektində yerləşən 115 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin direktoru Tanrıverdi Orucovun otağına pəncərədən daxil olan naməlum şəxslər oradan 1500 ABŞ dolları və 12 500 manat pulu götürərək hadisə yerindən qaçıblar.
Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR