İraqda içərisində azərbaycanlı zəvvarlar olan avtobusda partlayış baş verib, 6 Azərbaycan vətəndaşı yaralanıb

İraqda içərisində azərbaycanlı zəvvarlar olan avtobusda partlayış baş verib, 6 Azərbaycan vətəndaşı yaralanıb
# 13 oktyabr 2010 15:39 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Şərqi Azərbaycan vilayətindən İraqa ziyarətə gedən zəvvarların olduğu avtobusda partlayış baş verib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İraqın ziyarət və həcc idarəsinin nümayəndəsi Cavad Xani İranın Şərqi Azərbaycan vilayətindən ziyarətə gələnlərin İraqa sərbəst şəkildə daxil olduqlarını deyib. Onlar İraqa ziyarətə gəlişlərini bu ölkənin ziyarət və həcc idarəsi ilə razılaşdırmayıblar. Belə hallarda onların yanında bələdçilər olmadığı üçün ziyarətçilər çətinliklərlə üzləşirlər. C. Xani yaralıların Azərbaycan vətəndaşı olduğunu deyib. O bildirib ki, Kazımiyyə şəhər xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti ağır olaraq qalır. Hadisə zamanı ölən olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR