Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair daha bir iş üzrə qərar çıxarıb

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair daha bir iş üzrə qərar çıxarıb
# 14 oktyabr 2010 13:32 (UTC +04:00)
APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi “Səfərova Azərbaycana qarşı” işində Konvensiyanın “ədalətli məhkəmə təhqiqatı hüququ” və “mülkiyyətin müdafiəsi” maddələrinin pozulduğu qənaətinə gəlib.

İddiaçı, 1960-cı il təvəllüdlü Bakı sakini Zemfira Səfərova Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü maddəsi (effektiv hüquqi müdafiə) və 1 saylı Protokolun 1-ci maddəsi (əmlakın müdafiəsi) əsasında AİHM-ə müraciət edib. Z. Səfərov Bakıda ona məxsus olan 350 kvadrat metr sahənin 1993-cü ildən bəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi tərəfindən zəbt edildiyini bildirib. 2003-cü ilin iyulunda yerli məhkəmə polis bölməsinin bu məkanda yerləşməsi üçün hər hansı qanuni əsasın olmadığı haqda qərar çıxarıb. Lakin qərar icra olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR