Kiyevdə insan böyrəyinin qanunsuz transplantasiyada şübhəli bilinən 3 həkim saxlanılıb

Kiyevdə insan böyrəyinin qanunsuz transplantasiyada şübhəli bilinən 3 həkim saxlanılıb
# 15 oktyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Kiyevdə böyrəklərin qeyri-qanuni transplantasiyasında şübhəli bilinən 3 həkim saxlanılıb. APA-nın «UNİAN»a istinadən məlumatına görə, həkimlər Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 115-ci maddəsinə görə saxlanılıblar.
Saxlanan həkimlərin Kiyevin aparıcı səhiyyə müəssisələrindən birində çalışdığı bildirilir. Onlara qarşı irəli sürülən ittihamlar təsdiqlənsə, onların 12 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutulur.
Xatırladaq ki, Ukrayna DİN-nin kibercinayətkarlıq və insan alveri ilə mübarizə departamenti qara transplantalogiya ilə məşğul olan cinayətkar qrupu ifşa edib. Qrup üzvlərinin internetdə öz daxili orqanlarını satmaq istəyi barədə elan yerləşdirən insanlarla əlaqəyə girərək onların üzərində qanunsuz əməliyyat apardığı müəyyənləşib. 30-dan artıq insan bu cinayətkar qrupun fəaliyyətinin qurbanı olub. Zərər çəkənlər arasında Ukrayna, Moldova və Özbəkistan vətəndaşları da var. 12 nəfərdən ibarət cinayətkar qruplaşmanın rəhbəri İsrail vətəndaşıdır. Qeyd edək ki, cinayət qurbanlarının əməliyyat olunduğu yerlər arasında Azərbaycanın da adı çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR