Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
# 16 oktyabr 2010 10:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan paytaxtında bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Mir Cəlal küçəsində naməlum şəxs tərəfindən bıçaqlanan Altay Məmmədov Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə təqsirli bilinən Zahid İsayev Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR