Əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hərbçinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hərbçinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb
# 18 oktyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Şirvan Apellyasiya Məhkəməsində əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zaur Məmmədovun cinayət işinin yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Zaur Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Zaur Məmmədov xidmət etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər yoldaşı Ziya Həsənovu qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR